Qağaməli Seyfullayev: "Hazırda 10 stadionda əsas işlər yekunlaşıb"
"Hazırda 10 stadionda əsas işlər yekunlaşıb".
BAKU.WS xəbər verir ki, bu sözləri jurnalistlərin Hövsan Yarış Kompleksinə mediaturu zamanı SOCAR-ın "Neftqaztikinti" trestinin rəhbəri Qağaməli Seyfullayev deyib.
O vurğulayıb ki, ərazi ümumilikdə iki hissədən ibarətdir. Əsas, daimi ərazi 12 hektardır. 480 metr uzunluğunda, 250 metr enində olan bu ərazidə ümumilikdə 10 ədəd stadion layihələndirilib:
"Hazırda isə son tamamlama işləri həyata keçirilir. Buraya ehtiyat oyunçular üçün oturacaqların quraşdırılması, ara setkaların asılması, küləkdən qorunmaq üçün tentlərin çəkilməsi, həmçinin proyektor dayaqlarının quraşdırılması daxildir".
"Ərazinin digər hissəsi isə 6,6 hektarlıq köməkçi ərazidir. 440 metr uzunluğunda və 150 metr enində olan bu sahədə müxtəlif ölçülü 23 çadır quraşdırılıb. Çadırlar media qrupları, ərazidə xidmət göstərən personal və digər işçi heyətin ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub. Burada qidalanma, sanitar qovşaqlar, yuyunma və soyunub-geyinmə məntəqələri yerləşdirilib" - deyə Qağaməli Seyfullayev əlavə edib
Xatırladaq ki, bu gün jurnalistlərin Hövsan Yarış Kompleksinə mediaturu təşkil edilib.
Mediatur zamanı jurnalistlərə kompleksin infrastrukturu, meydançaların yerləşdirilməsi, mövcud imkanları və gələcək planlaşdırma ilə bağlı məlumatlar verilib.
Qalereya
Zöhrə Pənahi
Oxşar xəbərlər
Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib
Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanaraq 1/8 finala yüksəlib. BAKU.WS xəbər verir ki, milli üzvü 1/16...