"Qarabağ" - "Çelsi" matçını Avstriyadan olan hakimlər idarə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Çelsi" qarşılaşmasının hakim təyinatları müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Bakıda baş tutacaq oyunu Avstriya Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Sebastyan Qişamer olacaq. Ona Roland Ridel və Santino Şreyner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.
Video köməkçi sistemində (VAR) Manuel Şutenqruber, onun assistenti (AVAR) kimi isə Yozef Şpurni çalışacaq.
Xatırladaq ki, "Qarabağ" - "Çelsi" oyunu 5 noyabr tarixində, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...