"Qarabağ" Cebrail Makreçkisi transfer edib
2026/2027 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.
Klubun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Macarıstanın "Ferentsvaroş" klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis "Qarabağ"a transfer olunub.
Latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.
Almaniyada doğulan və Leverkuzenin "Bayer 04" klubunun yetirməsi olan futbolçu peşəkar karyerası ərzində "Bonner", "Borussiya" (Dortmund), "Viktoriya" (Berlin), Bolqarıstanda "Pirin" (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.
Qeyd edək ki, Cebrail Makreçkis yay "transfer pəncərəsi"ndə komandanın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi "Qarabağ"a qoşulub.
Oxşar xəbərlər
Messi 2026-cı ildə də "Qızıl top"a əsas namizədlərdən biri ola bilər
ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə "Qızıl top" mükafatına namizəd ola bilər. BAKU.WS xəbər verir ki, bu...