Qarabağ" Bruno Lanqanı heyətinə qatıb

Qarabağ Bruno Lanqanı heyətinə qatıb
Video
İdman 88

"Qarabağ" sol cinah müdafiəçisi Bruno Lanqanın transferini başa çatdırıb.

BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında təqdimat videosu paylaşılıb.

Belə ki, Ağdam təmsilçisi İspaniyanın "Almeriya" klubundan transfer etdiyi Mozambik millisinin üzvü ilə müqavilə imzalayıb.

Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, komandamızda 5 nömrəli formanı geyinəcək.

O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası "Eştrela"da keçirib.

Lanqa karyerası ərzində ölkəsində "Blek Bullz", "Maşakene", Portuqaliyada "Amora", "Vitoriya", "Şaveş", "Eştrela", Kiprdə "Pafos" və İspaniyada "Almeriya" klublarının formasını geyinib.

Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində komandamızın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato "Qarabağ"a qoşulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər