"Qarabağ" Avropa Liqasında sonuncu oyununa çıxır

Bu gün "Qarabağ" UEFA Avropa Liqasında Yunanıstanın "Olimpiakos" klubu ilə üz-üzə gələcək.
BAKU.WS xəbər verir ki, Liqa mərhələsinin sonuncu - VIII turunun oyunu Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
Pirey. Georgios Karaiskakis stadionunda baş tutacaq olan qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək.
Növbəti mərhələ şansını itirən "köhlən atlar" 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri 12 xalla 12-ci sıradadır. Yunanların 1/8 finala yüksəlmək şansı da davam edir.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VIII tur
30 yanvar
23:59. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ"
Oxşar xəbərlər
Azərbaycan Kunq-fu Federasiyasının prezidenti: "Əminənin nailiyyəti əzmkarlığının göstəricisidir"
"İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatında idmançılarımız tarixi nəticə əldə etdilər". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri...
