"Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək
"Qarabağ" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisindən bildirilib.
"Köhlən atlar" qərarın dəyişməsi üçün apellyasiya şikayəti verməyəcək.
Xatırladaq ki, AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalandırıb. Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.
Oxşar xəbərlər
Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-...