"Qarabağ" 1 milyardlıq büdcəyə malik "Çelsi"dən xal ala biləcək?
Noyabrın 5-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ" – "Çelsi" oyunu keçiriləcək.
BAKU.WS-in məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
İngiltərənin ən güclü klublarından olan "Çelsi"nin Bakıya gətirdiyi heyətin ümumi dəyəri 1,14 milyard avro təşkil edir. Klubda oyunçuların orta yaşı 23,5-dir. Heyətin 21 nəfəri legioner, 17-si isə öz milli komandalarının üzvüdür.
London təmsilçisi tarixində 6 dəfə İngiltərə çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının qalibi, 2 dəfə Avropa Liqasının və 2 dəfə UEFA Superkubokunun sahibi olub.
"Çelsi"nin hazırkı heyətində bir sıra yüksək dəyərli futbolçular yer alır. Klubun ən bahalı oyunçusu hesab edilən Koul Palmerin bazar dəyəri 120 milyon avroya yaxındır. Lakin futbolçu zədəlilər siyahısındadır. Onunla yanaşı, Moyses Kaysedo, Enzo Ferdandes, Joa Pedro və Pedro Neto da komandanın aparıcı futbolçuları sırasında yer alır.
UEFA-nın hesabatına əsasən, "Çelsi" 2024/2025 mövsümündə Avropanın ən bahalı heyətinə sahib klub olub – ümumi transfer xərcləri 1,6 milyard avro həcmində qiymətləndirilib.
Qarşıdakı oyun "Qarabağ" üçün həm meydan amilini, həm də güclü rəqiblə mübarizə təcrübəsini önə çıxaracaq. Azərbaycan çempionu daha əvvəl "Çelsi" ilə qarşılaşdığı oyunlarda uğurlu epizodlarla yadda qalıb və bu dəfə də azarkeşlər önündə sürpriz nəticəyə ümid edir.
Oxşar xəbərlər
Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener Bakıya gəlib
Türkiyənin məşhur idman jurnalisti və futbol şərhçisi Ertem Şener Bakıya gəlib. BAKU.WS-in məlumatına görə, tanınmış teleaparıcı bu barədə gəlişindən dərhal so...