Qara Qarayev yeni klubunda nə qədər qazanacaq?
"Araz-Naxçıvan" klubunun yeni transfer Qara Qarayev mövsüm sonunadək 80 min manat gəlir əldə edəcək.
BAKU.WS Sportinfo.az-a istinadən xəbər verir ki, klub mövsümün sonunda avrokuboklara vəsiqə əldə edərsə, Qara Qarayev əlavə bonus da alacaq.
Sentyabr ayından azad agent statusu daşıyan Qara Qarayevə başqa klubların da təklif göndərdiyi, amma futbolçunun aylıq minimum 10 min manat tələb etdiyi bildirilib.
Qeyd edək ki, Qara Qarayev "Qarabağ" klubunun yetirməsidir. O, 15 il (2008-2023) Ağdam klubunda çıxış edib. "Köhlən atlar"ın heyətində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
Oxşar xəbərlər
Azərbaycanda 2025-ci ilin ən yaxşı məşqçisinin adı məlum oldu
Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş ənənəvi tədbirini keçirib. BAKU.WS xəbər verir ki, "Buta Palace"da təşkil olunan mərasim...