“Qalatasaray”dan Ronaldo və Depay ilə bağlı AÇIQLAMA
22
okt
2022
20:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin “Qalatasaray” futbol klubu Kriştiano Ronaldo və Memfis Depayla bağlı rəsmi açıqlama yayıb.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, Türkiyə klubundan verilən məlumata görə, hər iki futbolçu ilə bağlı hər hansı transfer cəhdinin olmadığı bildirilib.
“Son günlər bəzi mətbuat orqanlarında klubumuzun Kriştiano Ronaldo və Memfis Depayla maraqlanması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Klubumuzun bu futbolçularla heç bir əlaqəsi və transfer təşəbbüsü yoxdur”, - deyə açılamada qeyd olunub.
Oxşar xəbərlər
Depay rəsmən “Barselona”da - VİDEO
“Barselona” Niderland millisinin hücumçusu Memfis Depayla bağlı Fransanın “Lion” klubu ilə yekun razılıq əldə edib. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki,...