"Qalatasaray"da oynayan ulduz futbolçu "Beşiktaş"a keçdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən mövsüm müqavilə əsasında "Qalatasaray"da çıxış edən 27 yaşlı futbolçu Milot Raşitsa "Beşiktaş"a transfer olur.
BAKU.WS xəbər verir ki, "Norviç Siti"nin oyunçusu olan Milot transfer üçün gecə saatlarında İstanbula eniş edib.
Onun burada tibbi müayinədən keçməsi və daha sonra klubla müqaviləyə imza atacağı gözlənilir.
Mövzu ilə bağlı "Beşiktaş"dan edilən rəsmi açıqlamada, ""Norviç Siti" ilə peşəkar futbolçu Milot Raşitsanın transferi ilə bağlı danışıqlara başlanılıb" deyə qeyd olunub.
Ulduz futbolçu təyyarədən "Beşiktaş"ın simvolu olan qartal pozası verərək foto paylaşıb.
Qalereya
Oxşar xəbərlər
Konfrans Liqası: “Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub - YENİLƏNİB-8
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib. Bak...