"Qalatasaray" Ziyeş ilə yollarını ayırmağı planlaşdırır
Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsində bəzi oyunçularını komandadan göndərməyi nəzərdə tutur.
BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, bu oyunçulardan biri Hakim Ziyeşdir. Türkiyənin məşhur klubu, mərakeşli futbolçunun qışda komandadan ayrılmasına şərait yaradacaq.
Ziyeşin "Qalatasaray"la müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir. Mərakeş milli komandasında da çıxış edən təcrübəli futbolçu, karyerası ərzində "Herenven", "Tvente", "Ayaks" və "Çelsi" kimi klublarda oynayıb. Ziyeş, həmçinin, "Çelsi"dən sonra "Qalatasaray"a transfer olunub və bu mövsüm Super Liqada komandasının heyətində çıxış edir.
Oxşar xəbərlər
ABŞ-nin səfirliyi "Qarabağ"ı təbrik edib
ABŞ-nin Azərbaycandakı səfirliyi Çempionlar Liqasında ötən gün "Qarabağ"ı Almaniyanın "Ayntraxt" klubu üzərində qələbəsi münasibətilə təbrik edib. BAKU.WS xəbər...