"Qalatasaray"ın ulduzu Viktor Osimhenə Azərbaycan klubunun forması hədiyyə olundu
22
mar
2025
10:12
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Afrika üzrə seçmə mərhələsinin C qrupunda Ruanda Nigeriyaya məğlub olub - 0:2.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, oyundan sonra Ruandanın oyunçusu Ange Mutsinzi Nigeriya təmsilçisi Viktor Osimhenə "Zirə" formasını hədiyyə edib.
Tanınmış forvard da "Qalatasaray" geyimini Azərbaycan klubunun üzvünə bağışlayıb.
Qeyd edək ki, Viktor Osimhen qarşılaşmada dubl edərək komandasına qələbə qazandırıb.
Oxşar xəbərlər
"Sabah" 30 illik çempionat tarixinin rekordunu təkrarladı
"Sabah" Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqasının arxada...