PSJ məğlub oldu, “Real Madrid” liderliyə yüksəldi - VİDEO

PSJ məğlub oldu, “Real Madrid” liderliyə yüksəldi - VİDEO
Video
İdman 660
Dünən axşam bəzi ölkələrin futbol çempionatlarında növbəti turun oyunları keçirilib.BAKU.WS xəbər verir ki, Fransa 1-ci liqasında lider PSJ gözlənilmədən öz meydanında “Reyms”ə 0:2 hesabı ilə məğlub olub.“Angers” bu məğlubiyyətdən maksimum şəkildə istifadə edib. Belə ki, səfərdə “Tuluza”nı 2:0 hesabı ilə məğlub edərək xalını 15-ə çatdırıb və lider PSJ-yə çatıb.İspaniya La Liqasında isə “Real Madrid” isə öz meydanında “Osasuna”ya 2:0 hesabı ilə qalib gələrək liderliyə yüksəlib.İtaliya A Seriyasında “İnter”in möhtəşəm çıxışı davam edir. “Latsio”nu minimal hesabla məğlub edən “İnter” ardıcıl 5-ci qələbəsini əldə edib və liderliyini davam etdirib. “Roma” və “Napoli” isə öz meydanında məğlub olub.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkü atılıb

Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.BAKU.WS-in məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" A qrupun...

626 İdman 21:05 29 avqust 2019

Son xəbərlər