PSJ ilk dəfə Çempionlar Liqasının qalibi olub
01
iyn
2025
08:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın PSJ komandası UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi "İnter"i darmadağın edərək Avropanın ali klub turnirinin qalibi olub.
Matç "Münhen Arena"da baş tutub.
Parislilərin heyətində Əşrəf Hakimi (12), Dezire Due (20, 60), Xviça Kvaratsxeliya (73), Senni Meyulyu (86) fərqləniblər – 5:0.
Beləliklə, "qırmızı-mavilər" tarixlərində ilk dəfə Çempionlar Liqasının qalibi olublar.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...