Prezident İlham Əliyev yığma komandamızın oyununu izləyib - FOTO

Prezident İlham Əliyev yığma komandamızın oyununu izləyib - FOTO
İdman 2798
Sentyabrın 25-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq dörddəbir finala yüksəlib.BAKU.WS-in xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan voleybolçuları 3:1 hesabı ilə qalib gəliblər. Milli komandamız əvvəlki görüşlərdə Macarıstan və Polşa yığmalarına 3:0 hesabı ilə qalib gəlib. Dörddəbir finala birbaşa vəsiqənin digər sahibləri isə İtaliya, Rusiya və Serbiya milli komandalarıdır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər