Rəsul Çunayev rusiyalı güləşçinin kürəyini yerə vurdu, amma... (YENİLƏNİB)
İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.
BAKU.WS-in məlumatına görə, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır. Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.
Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşır. Qarşılaşma Bakı vaxtilə saat 18:30-da başlayıb. İdmançımız Rəsul Çunayev bütün görüşlərdə qalib gəlib. O, finalda 71 kq çəki dərəcəsində Rusiya idmançısı Abuyazid Mantsiqovla qarşılaşıb. 1-2 hesabı ilə rusiyalə pəhləvanın kürəyini yerə vuran Çunayev tatamidən qələbə ilə ayrılıb. Xal hesabında isə Rusiya komandası üstün olub - 5:3.
Beləliklə Azərbaycan yarışları ikinci yerdə başa vurub. Üçüncü yeri isə İran komandası tutub.
Rusiya - AZƏRBAYCAN 5:3
59 kq - Minqiyan Semyonov - Taleh Məmmədov 9:2
66 kq - Artem Surkov - Nofəl Babayev 8:0
71 kq - Abuyazid Mantsiqov - Rəsul Çunayev 1:2
75 kq - Roman Vlasov - Elvin Mürsəliyev 2:1
80 kq - Adlan Akiev - Rafiq Hüseynov 1:1*
85 kq - Davit Çakvetadze - İslam Abbasov 1*:1
98 kq - Maksim Safarian - Orxan Nuriyev 0:3
130 kq - Sergey Semenov - Sabah Şəriəti 1*:1
Yekun nəticə
1. Rusiya
2. AZƏRBAYCAN
3. İran
4. Türkiyə
5. Almaniya
6. Ukrayna
7. Qazaxstan
8. Belarus
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan finala çıxdı, Çunayev canlı yayım etdi (VİDEO, FOTO)
İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir. BAKU.WS-in məlumatına görə, yığma koman...