Premyer Liqada günün oyunları - AFİŞA
Misli Premyer Liqasının X turunda bu gün daha iki oyun keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk qarşılaşmasında "Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qəbul edəcək.
Matç saat 14:00-da başlayacaq.
Ardınca "Neftçi" autsayder "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək.
"Palms Sports Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
"Zirə" 16 xalla üçüncü sırada qərarlaşıb.12 xalı olan "Neftçi" səkkizinci, 5 xala malik "Karvan-Yevlax" onbirincidir. Cari mövsüm cəmi 1 qələbəsi olan "Kəpəz" 3 xalla sonuncu - onikinci pillədə yer alıb.
Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr
14:00. "Karvan-Yevlax" – "Zirə"
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu
17:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"Palms Sports Arena"
Qeyd edək ki, turun açılış qarşılaşmasında "Qarabağ" "İmişli"ni iki cavabsız qolla üstələyib.
Oxşar xəbərlər
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
"Mançester Yunayted" yayda yarımmüdafiəçi Bruno Fernandeşi satmağı planlaşdırmır. BAKU.WS xəbər verir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs "X" sosial...