Premyer Liqa: "Zirə" səfərdə "Sumqayıt"a böyük hesabla qalib gəlib
15
fev
2025
22:01
"Zirə" Misli Premyer Liqasının XXIII turunda səfərdə "Sumqayıt"a böyük hesabla qalib gəlib.
"Report"un məlumatına görə, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda rəqibini 3:0 hesabı ilə üstələyib. Qolları Rafael Utziq (14) və Salifu Suma (36; 65) vurublar.
"Zirə" hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin 22 xalı var.
Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.
Oxşar xəbərlər
"Turan Tovuz"un qapıçısı Tacikistan millisinə dəvət alıb
"Turan Tovuz" Futbol Klubunun qapıçısı Tacikistan millisinə dəvət alıb. Bu barədə klub məlumat yayıb. Bildirilib ki, Tacikistan milli komandasının baş məşqçisi...