Premyer Liqa: "Səbail" "Turan Tovuz"la qarşılaşıb
09
noy
2024
19:06
Misli Premyer Liqasında "Səbail" "Turan Tovuz"la qarşılaşıb.
BAKU.WS xəbər verir ki, "ASCO Arena"da reallaşan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Matçda hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar yalnız final fitinə 4 dəqiqə qalmış məğlubiyyətdən xilaa ola biliblər. Faiq Hacıyev komandasına 1 xal qazandıran qolun müəllifi olub.
Turnir cədvəlində "Turan Tovuz" 26 xalla üçüncü, "Səbail" 8 xalla doqquzuncu sırada qərarlaşıb.
Oxşar xəbərlər
"Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turunda baş tutan oyunlardakı hakim qərarlarını şərh edib. BAKU.WS xəbər verir ki, bu b...