Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.
Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.
68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.
Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla onuncudur.
Günün ikinci matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
"Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi
"Qarabağ" - "Neftçi" oyununda hesab dəyişib. BAKU.WS xəbər verir ki, qonaqlar oyunun 34-cü dəqiqəsində Qustavo Klismanın qolu ilə hesabda önə keçiblər - 1:2. **...