Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"ə qalib gəlib

Azərbaycan Premyer Liqasında XV tur davam edir.
"Report"un məlumatına görə, günün ilk oyunu Tovuzda baş tutub.
Ev görüşlərini orada keçirən "Kəpəz" "Sabah"ı qəbul edib. Uğursuz mövsüm keçirən bakılılar autsayder önündə sensasiyaya imkan verməyiblər. Murad Musayevin yetirmələri iki erkən qolla matçın taleyini həll ediblər. Əvvəlcə 6-cı dəqiqədə Anatoli Nuriyev hesabı açıb. 15-ci dəqiqədə Yeqor Xvalko avtoqol müəllifi olub.
Beləliklə, 2:0 hesablı qələbə qazanan "Sabah" xallarının sayını 19-a yüksəldib. "Kəpəz" isə 10 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Zirə" və dekabrın 4-də oynanılacaq "Qarabağ" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib - YENİLƏNİB
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. BAKU.WS xəbər verir ki, son oyunda çempion “Qarabağ” meydançaya çıxıb. Ağdam təmsilçisi turnir cədvəlindək...
