Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub edib
![Premyer Liqa: Qarabağ Səbaili böyük hesabla məğlub edib](https://baku.ws/storage/photos/uploads/thumbs/large/xpDoEyD1zl1olqBz5rKBLrUGtKa4KMQ1jTfIcuLB.webp)
"Qarabağ" Misli Premyer Liqasının XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.
Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.
"Köhlən atlar" 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.
Oxşar xəbərlər
"Neftçi" – "Qarabağ" matçının biletləri satışa çıxarılıb
Misli Premyer Liqasının XXIII turunda keçiriləcək "Neftçi" – "Qarabağ" matçının biletləri satışa çıxarılıb. Klubdan verilən məlumata görə, "Neftçi Arena"da baş...
![](/images/banners/placeholder_home_right_az.jpg)