Premyer Liqa: “Qarabağ” “Neftçi”yə qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
“Report”un məlumatına görə, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” mərkəzi arenada üz-üzə gəliblər. Birinci hissədə qapılara qol vurulmayıb. Hesabı 71-ci dəqiqədə ağdamlılar açıblar.
Yassin Benzia yaxın məsafədən topu qapıdan keçirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub.
Nəticədə 2:0 hesablı qələbə qazanan və xallarının sayını 38-ə çatdıran Qurban Qurbanovun kollektivi liderliyini möhkəmləndirib. Adrian Mutunun çalışdırdığı bakılılar isə 25 xalla beşinci pillədə qalıblar.
Beləliklə, “Neftçi”nin “Qarabağ” önündə Premyer Liqada qələbə həsrəti 10 oyuna çatıb. “Ağ-qaralar” axırıncı dəfə 2 il 7 ay əvvəl - 2021-ci ilin mayında əzəli rəqibinə qalib gəlib.
Qeyd edək ki, Premyer Liqada XVIII turun oyunları dekabrın 22-24-də keçiriləcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB-7
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakı...