Premyer Liqa: "Neftçi" "Səbail"i məğlub edib

Premyer Liqa: Neftçi Səbaili məğlub edib
İdman 28

Misli Premyer Liqasının XXVII turunda "Neftçi" "Səbail"i məğlub edib.

BAKU.WS xəbər verir ki, "ASCO Arena"da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi"nin heyətində Filip Ozobiç (17) və "Elvin Camalov (29) fərqlənib. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik "Səbail" isə sonuncu - 10-cudur.

Turun son matçı bu gün Tovuz şəhər stadionunda "Turan Tovuz"la "Sumqayıt" arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1) ilə, "Kəpəz" "Qarabağ"la (0:0), "Sabah" isə "Zirə" (1:1) ilə heç-heçəyə razılaşıb.

Son xəbərlər