Premyer Liqa: "Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək
Bu gün Misli Premyer Liqasının XXIII turu çərçivəsində Azərbaycan futbolunun iki nəhəngi – "Neftçi" və "Qarabağ" üz-üzə gələcək.
BAKU.WS xəbər verir ki, liderlik kürsüsündə qərarlaşan Ağdam təmsilçisi 53 xal toplayıb. "Ağ-qaralar" isə 24 xalla 6-cı pillədədir. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Görüş saat 19:00-da "Neftçi Arena"da start götürəcək.
Turun ilk oyununda "Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. Matç saat 16:00-da başlayacaq və FIFA referisi Əliyar Ağayev tərəfindən idarə olunacaq. Hazırda meydan sahibləri 36 xalla 4-cü, Naxçıvan klubu isə 44 xalla 2-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
III dövrə, XXIII tur
16 fevral
16:00. "Turan Tovuz" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu
19:00. "Neftçi" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Neftçi Arena"
Ötən gün keçirilən matçda "Zirə" səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib. XXIII tura fevralın 17-də yekun vurulacaq.
Oxşar xəbərlər
Peşəkar Çövkən Liqasında III turun oyunları başa çatıb
Peşəkar Çövkən Liqasında (PÇL) III turun oyunları başa çatıb. BAKU.WS Azərbaycan Atçılıq Federasiyasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasında...