Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edib
05
mar
2025
20:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XXV turunda "Kəpəz" "Neftçi"ni məğlub edib.
Tovuz şəhər stadionunda baş tutan görüş Gəncə klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoev vurub. Bu nəticədən sonra xallarının sayını 22-yə yüksəldən "Kəpəz" 9-cu yerdə qərarlaşıb. "Neftçi" isə 27 xalla altıncıdır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...