Porye - Makqreqor döyüşünün vaxtı açıqlandı

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüşün vaxtı müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, döyüş yanvarın 23-də "UFC 257" turniri çərçivəsində baş tutacaq.
Qarşılaşmanın yeri barədə məlumat verilməsə də, onun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Mokqreqor bu ilin iyulunda karyerasını bitirdiyini açıqlayıb. İrlandiyalı idmançı 2014-cü ildə Porye ilə qarşılaşıb və həmin görüşdə ABŞ-dan olan rəqibini ilk raundun 2-ci dəqiqəsində texniki nokautla məğlub edib.
Oxşar xəbərlər
Həbib və Makqreqor arasında revanş döyüşü olmayacaq
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədovla irlandiyalı boksçu Konor Makqreqor arasında revanş döyüşü keçirilməyəcək. BAKU....
