Həbib və Makqreqor arasında revanş döyüşü olmayacaq

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədovla irlandiyalı boksçu Konor Makqreqor arasında revanş döyüşü keçirilməyəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu onlayn konfrans zamanı rusiyalı idmançının meneceri Əli Abdel-Əziz bəyan edib.
“Makqreqor revanş haqqında danışır, amma Həbib təkrar qarşılaşmağa lüzum görmür. Makqreqor şansını gözləməlidir. Ən azı üç döyüşdə qalib gəlməlidir. İslam Mahaçev isə ilk rəqiblərindən biri olmalıdır”.
Qeyd edək ki, H.Nurməhəmmədov 2018-ci ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.
Oxşar xəbərlər
Konor Makqreqor idmandan getdi
İrlandiyalı Qarışıq döyüş növləri döyüşçüsü və boksçu Konor Makqreqor karyerasına son qoyub. BAKU.WS xəbər verir ki, ulduz döyüşçü bu barədə sosial şəbəkədə ya...
