Pol Poqba 4 il futboldan uzaqlaşdırıldı
29
fev
2024
16:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın “Yuventus” klubunda çıxış edən Pol Poqba 4 il futboldan uzaqlaşdırılıb.
BAKU.WS xarici KiV-ə istinadən xəbər verir ki, avqustun 20-də "Udineze" ilə oyundan sonra 30 yaşlı futbolçunun dopinq testi müsbət çıxıb.
Daha sonra oktyabr ayında edilən ikinci sınaqda nümunənin müsbət olduğu təsdiqlənib. Ulduz futbolçuya qarşı istintaq başa çatıb və cəzası açıqlanıb.
Qərara əsasən fransız futbolçu İtaliya Antidopinq Komitəsi tərəfindən 4 il müddətinə futboldan kənarlaşdırılıb.
Oxşar xəbərlər
Poqba futboldan uzaqlaşdırıla bilər: Dopinq testi yenə müsbət çıxdı
Fransa millisi və İtaliyanın "Yuventus" klubunun futbolçusu Pol Poqbanın dopinq testi yenidən müsbət çıxıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ba...