Pekin Olimpiadası rəsmən açıq elan olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Çin prezidenti Si Cinpin Pekin Qış Olimpiya Oyunlarını açıq elan edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi “Quş yuvası” kimi də tanınan Milli Stadionda keçirilib.
Budəfəki oyunlar koronavirus pandemiyası ilə bağlı görünməmiş təhlükəsizlik tədbirləri ilə “Birgə gələcək naminə” devizi altında keçirilir.
Qeyd edək ki, Pekin tarixdə həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən yeganə şəhərdir.
Bundan əvvəl şəhərdə 2008-ci il Yay Olimpiya Oyunları baş tutub.
Onu da qeyd edək ki, builki Olimpiadada idmançılar 109 dəst medal uğrunda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Bu gün XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Pekin Milli Stadionunda təş...