Paris-2024: Hacı Əliyev olimpiadanı medalsız başa vurub
10
avq
2024
20:44
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarını medalsız başa vurub.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan idmançının 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayev finala vəsiqə qazana bilməyib.
İ.Muszukayev yarımfinalda iranlı Rahman Amuzadxaliliyə 0:10 hesabı ilə məğlub olub.
Nəticədə H.Əliyev də medal şansından məhrum olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Osman Nurmaqomedov üçün yarış mükafatsız başa çatıb - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. "Report"un turnirə ezam ol...