Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

28
iyl
2024
18:50
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Xulio Sesar la Krusla (Kuba) ilə üz-üzə gəlib.
İkiqat olimpiya çempionu olan rəqibinə gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, A.Dominqesin növbəti döyüşü avqustun 1 gerçəkləşəcək. O, növbəti mərhələdə Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayır
Azərbaycanın daha üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək. İlk olaraq cüdoçular tatami üzərin...
