Olimpiya çempionu ticarət mərkəzində atışmanın şahidi oldu

Olimpiya çempionu ticarət mərkəzində atışmanın şahidi oldu
İdman 42

Xizək idmanı üzrə Olimpiya çempionu Tereza Yohauq bildirib ki, o, 8 dekabrda Osloda yerləşən ticarət mərkəzində baş verən atışmanın şahidi olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Ski-Nordique" məlumat yayıb.

"Birdən-birə tam xaos yarandı. Hər yerdə polis maşınları, insanlar isə son dərəcə gərgin idi. Mən orada oturmuşdum, az qala ağlayırdım, çox qorxmuşdum. Kimsə çox sağ olsun, məni maşına qədər müşayiət etdi",-deyə Yohauq qeyd edib.

Həmin gün atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığı açıqlanıb. Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur. Polis atışmanın səbəbini araşdırır və baş verənlərlə bağlı detalları müəyyənləşdirir.

Qeyd edək ki, Yohauq dördqat Olimpiya çempionudur. O, həmçinin dünya çempionatlarında 14 dəfə qızıl medal qazanıb.

Son xəbərlər