"Neftçi" yeni mövsüm üçün ilk transferini elan edib
27
may
2026
16:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
BAKU.WS xəbər verir ki, paytaxt klubu sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə imzalayıb.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, "3" nömrəli formanı geyinəcək.
"Neftçi"nin yetirməsi olan R. Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, iki rəsmi oyun keçirib.
Son iki mövsümdə "Şamaxı" klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.
Oxşar xəbərlər
Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi"
"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Shirvan Open 2026" beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli üçün son tur çox çətin keçib. BAKU.WS...