"Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək
03
sen
2026
21:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası sentyabrın 5-dən 6-dək Çinin Şanxay şəhərində keçiriləcək FIBA Qadınlar Seriyasının mövsüm finalında iştirak edəcək.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi A qrupunda Niderland, Fransa və Almaniya yığmaları ilə qarşılaşacaq.
Komandanın qrup mərhələsində oyunlarının təqvimi belədir:
5 sentyabr
12:45 - Fransa
14:50 - Niderland
16:55 - Almaniya
Qeyd edək ki, Azərbaycan yığması ötən il Şanxayda keçirilən mövsüm finalını ikinci pillədə başa vurub.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...