"Neftçi" "Sabah"dan ayrılan Elvin Camalovun transferini açıqlayıb

"Neftçi" "Sabah"dan ayrılan Elvin Camalovun transferini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə"ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı danışıb:
"Neftçi" kimi tarixi olan klubda yer almaq çox xoş hisslərdir. İnanıram ki, bu həyəcanı arxada qoyub, komandam üçün faydalı olacağam. "Neftçi"nin daha yuxarı pillələrə qalxacağına şübhə etmirəm. Təbii ki, futbolçu olaraq bunun üçün mən də əlimdən gələni edəcəm. Bu komandaya transfer olduğum üçün sevincliyəm. Əlbəttə ki, "Neftçi"də oynamaq məsuliyyət tələb edir. Çünki bu komandanın azarkeşlərinin istəyi hər zaman yuxarı pillələr olub. İnşallah, onların dəstəyi ilə daha da yaxşı yerlərə gələcəyik".
Qeyd edək ki, paytaxt təmsilçisinin heyətində 4 nömrəli formanı geyinəcək oyunçu ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.
Oxşar xəbərlər
Hakim futbolçuya xərçəng xəstəliyinə tutulmasını dilədiyi üçün futboldan uzaqlaşdırılıb
İtalyan futbol hakimi Qabriel Kajari "Pro Sesto"nun yarımmüdafiəçisi Alessandro Salanın xərçəng xəstəliyinə tutulmasını arzuladığı üçün iki il müddətinə futbold...
