"Neftçi" rəsmisi: "Klubla Samir Abasov arasında heç bir problem qalmayıb"
"Neftçi" və Samir Abasov arasında heç bir problem qalmayıb.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "ağ-qaralar"ın media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.
O, bir müddət əvvəl Bakı təmsilçisindən ayrılan sabiq baş məşqçi ilə klub arasında hər hansı bir narazılığın qalmadığını bildirib:
"Kompensasiyanın ödənilib-ödənilməməsi ilə bağlı verilən sualı cavablandırmağım etik çıxmaz. Bu, klubun daxili işidir. Lakin deyə bilərəm ki, hər şey qaydasındadır. Məsələ öz həllini tapıb".
Qeyd edək ki, Samir Abasov "Neftçi"dən ayrılarkən kompensasiya tələb etmiş, əks təqdirə istefa verməyəcəyini bildirmişdi. Hazırda komandaya ukraynalı mütəxəssis Yuri Vernidub rəhbərlik edir.
Oxşar xəbərlər
Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi"
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Eldəniz Əzizlinin qızıl medal qazanacağına inam böyük olub. BAKU.WS xəbər verir ki, bunu "Report"a...