"Neftçi" "Qarabağ"ın azarkeşlərini oyuna buraxmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün "Neftçi" və "Qarabağ" komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Neftçi"nin 2:0 qələbəsi ilə başa çatan matça "Qarabağ"ın azarkeşləri buraxılmayıb.
Onların matça buraxılmamasının səbəbi bəlli deyil.
Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda "Qarabağ" azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də "Neftçi" tərəfi bu gün əvəzedici heyətlərin matçına qonaq komandanın azarkeşlərini buraxmayıb.
Qeyd edək ki, həmin qarşılaşmada "Qarabağ" rəqib komandanı 2:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...