"Neftçi" Polşadakı sonuncu yoxlama oyununu bu gün keçirəcək
01
avq
2025
09:54
Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüş Byalobjeqdə yerləşən "Mieyski" stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, bundan əvvəl "Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və "Termalika" (Polşa, 2:2) ilə qarşılaşan "Neftçi"nin "Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibi Bakıya azarkeşsiz gələcək
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Bolqarıstanın MOİK (Sofiya) komandası Bakıda keçiriləcək ilk oyunda azarkeşsiz qalacaq. B...