"Neftçi"nin yayda transfer edəcəyi ilk futbolçu BƏLLİ OLDU

08
mar
2025
12:15
"Neftçi" qış transferi pəncərəsində "Sumqayıt"la yollarını ayıran Cordan Rezabalanı yayda heyətinə qatacaq.
BAKU.WS "Sportinfo"ya istinadən xəbər verir ki, hazırda karyerasını Meksikanın II Liqa təmsilçisi "Dorados de Sinaloa"da davam etdirən futbolçu yayda yenidən Azərbaycana qayıdacaq.
Cordan Rezabala "Neftçi" ilə səkkiz min dollarlıq maaş müqabilində razılaşıb.
Qeyd edək ki, Cordan Rezabala 2024-cü ilin fevralından ötən aya qədər "Sumqayıt"ın formasını geyinib. Həmin müddətdə keçirdiyi 20 rəsmi matçda üç qol və üç asistlə yadda qalıb.

Oxşar xəbərlər
Həbib Nurmaqomedov UFC turnirində iştirak üçün Bakıya gələcək
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edi...