"Neftçi” məğlub olub
26
iyl
2017
22:40
Avstriyada təlim-məşq toplanışında olan "Neftçi” bu gün ölkə xaricində ilk yoxlama matçına çıxıb.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar” Avropanın tanınmış klublarından olan "Şalke” ilə üz-üzə gəlib.
Avstriyanın Noykirxen şəhərindəki "Sportzentrum” stadionunda keçirilən qarşılaşma almanların minimal hesablı qələbəsi ilə başa çatıb.
İlk hissdə Tekbete fərqlənib. Güclü yağış səbəbindən olduqca yararsız meydançada keçirilən oyunda başqa qol olmayıb.
Yoxlama görüşü
26 iyul
"Neftçi” (Azərbaycan) - "Şalke” (Almaniya) - 0:1
Qol: Tekbeti, 27
BAKU.WS
Oxşar xəbərlər
"İnter" Lüksemburqun "Fola Eş" komandasını məğlub edib
Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb. Rəqib Lüksemburqun "Fola Eş" komandası olub. "Dalğa Arena"da keçirilmiş q...