"Qarabağ” - "Neftçi” matçından sonra dava: polislər müdaxilə etdi (FOTO)

Qarabağ” - Neftçi” matçından sonra dava: polislər müdaxilə etdi (FOTO)
Hadisə 1846

 

Mayın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ” və "Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib. Finalda minimal hesabla qalib gələn Ağdamın "Qarabağ” komandası Azərbaycan kubokunun qalibi olub.

BAKU.WS xəbər verir ki, qarşılaşmadan sonra azarkeşlər arasında dava olub. Oyundan sonra stadionun qarşısında bir neçə "Neftçi" azarkeşi "Qarabağ" azarkeşlərinə sataşaraq, "bura bizimdir, çıxıb gedin Qarabağınıza" və s. kimi şüarlar səsləndirib.

Bundan sonra vəziyyət gərginləşib və gənclər əlbəyaxa dalaşıblar. Stadion qarşısında baş verən döyüşə polislər müdaxilə edib. 

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər