"Neftçi"nin futbolçusu Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi"nin futbolçusu Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib.
Bu barədə 31 yaşlı yarımmüdafiəçi özü sosial şəbəkə hesabında yazıb.
Azərbaycan millisinin sabiq üzvü bu məsələdə ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib:
"Əziz azarkeşlər, Kütləvi informasiya vasitələri və Futbol icması! Dəstəyinizə və xoş sözlərinizə görə hər kəsə təşəkkür edirəm.
Futboldakı karyeram həmişə sevdiyim idmana olan hörmət və fədakarlıq ilə bağlı olub. Mən Azərbaycan futboluna canımı və ürəyimi vermişəm və mənim illərdir verdiyim töhfəmin sual altına alınmasını görmək məni ruhdan salmır.
Əksinə mən öz yoluma, sizlərə sadiq qalıram və komandamı dəstəkləməyə, bacardığım qədər töhfə verməyə davam edəcəm.
Ümid edirəm ki, qərar qəbul edənlər təcrübənin dəyərini və uzun müddət xidmət edən oyunçuların layiq olduqları hörməti dərk edəcəklər.
Mənim diqqətim idmanımızın müsbət tərəflərinə və Azərbaycan futbolunun gələcəyinə yönəlib. Futbola olan bağlılığım dəyişməzdir, üzərimə düşən hər rolda ən yaxşı şəkildə çalışacağam. Hər bir çətinliyin yeni bir böyümə və müsbət təsir imkanı gətirdiyinə inanıram".
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuq Q.Qarayevi əsas heyətdə görmək istəmədiyi üçün əvəzedici heyətə göndərib.
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...