"Neftçi" yeni transferlərini UEFA-ya sifariş edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" yeni transferləri Mark Tamaşla Ervin Koffini UEFA-ya sifariş edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hər iki əcnəbi müdafiəçinin adı Bosniya və Herseqovina "Jelezniçar"ı ilə keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.
Əvəzində isə Serbiya "Partizan"ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.
Qeyd edək ki, "Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib - YENİLƏNİB
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. BAKU.WS report-a istinadən xəbər verir ki, "Sabah" II...