“Neftçi” və “Sabah”ın potensial rəqibləri azaldı - YENİLƏNİR
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri azalıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, püşkatma zamanı Azərbaycan klublarının cütlükləri müvafiq olaraq 2-ci və 4-cü qrupda yer alacaqlar.
III təsnifat mərhələsində “Beşiktaş”la (Türkiyə) qarşılaşacaq “Neftçi”nin cütü səpələnməmişlər səbətində olacaq. Onların potensial rəqibləri “Gent” (Belçika) – “Poqon” (Polşa) cütü, “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütü, “Viktoriya” (Çexiya) - “Qzira” (Malta) cütü və “Lill” (Fransa) olacaq.
“Sabah” - “Partizan” (Serbiya) cütü isə püşkdə səpələnmişlərdə qərarlaşacaq. Paytaxt təmsilçisinin mümkün rəqibləri “Osasuna” (İspaniya), “Rapid” (Avstriya) - “Debretsen” (Macarıstan) cütü, “Styaua” (Rimıniya) - “Nordsyelland” (Danimarka) cütü, “Rusenborq” (Norveç) - “Harts” (Şotlandiya) cütü və “Çelye” (Sloveniya) - “Neman” (Belarus) cütüdür.
Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: “Sabah” və “Neftçi”nin pley-offdakı potensial rəqibləri müəyyənləşib
Azərbaycan klubları “Sabah” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib. BAKU.WS re...