“Neftçi” tarixində ikinci dəfə uğursuz seriya ilə üzləşib
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” tarixində ikinci dəfə uğursuz seriya ilə üzləşib.
BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ilk üç oyunda 2 xal toplayaraq, bunu reallaşdırıb.
Bakı təmsilçisi 1992-ci ildən daimi iştirakçısı olduğu çempionatda buna qədər bir dəfə belə startla üzləşib. "Neftçi" 2017/2018 mövsümünün ilk üç qarşılaşmasında qələbə qazanmayıb. Altı il əvvəl “Qarabağ”a 1:2, “Səbail”ə 0:1 hesabı ilə uduzan komanda “Kəpəz”lə qolsuz heç-heçə edib.
Qeyd edək ki, “Neftçi” cari mövsümün ilk üç matçında “Kəpəz”ə 0:1 hesabı ilə uduzub, “Səbail” və “Sabah”la (1:1) heç-heçə edib.
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...