"Neftçi" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib - VİDEO
01
noy
2019
23:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, həftənin açılış oyununda ikinci sıradakı "Neftçi" lider "Qarabağ"ı qəbul edib. "Bakcell Arena"da baş tutan matçda hesab açılmayıb.Bu heç-heçədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib. Paytaxt komandası isə xalını 18-ə yüksəldib.Qeyd edək ki, tur sabah keçiriləcək "Səbail" - "Keşlə" görüşü ilə davam edəcək. Bazar günü isə "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" duelləri olacaq.
Oxşar xəbərlər
"Qarabağ" "Səbail"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.Turun son oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.Tofiq Bəhramov adına Respublika Stadionunda...