Nazirlik A Seriyasının dayandırılmasını tələb etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.
BAKU.WS "qol.az"a istinadən xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məumat yayıb.
Ölkədə yayılan koronavirus epidemiyasına görə nazirlik bu tələbi edib.
Bu səbəbdən A seriyasının 26-cı turunun bu gün Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan “Parma” – SPAL oyununda futbolçular meydana çıxandan sonra yenidən soyunub-geyinmə otağına qayıdıblar.
Lakin görüş Bakı vaxtı ilə saat 16:45-də yenidən başlayıb. Hazırda matçın 2-ci hissəsi gedir. Nazirliyin tələbinə baxmayaraq, turun digər iki oyunu da başlayıb.
İtaliya Futbol Federasiyasının martın 10-da növbədənkənar iclas keçirəcəyi və A Seriyasının dayandırılıb-dayandırılmaması haqda qərar verəcəyi bildirilir.
Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada aprelin 3-dək bütün idman yarışları azarkeşsiz keçiriləcək.
Oxşar xəbərlər
"Yuventus" - "İnter" oyunu koronavirusa görə təxirə salındı
İtaliya A Seriyasının XXVI turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Yuventus" - "İnter", "Udineze...