"Yuventus" - "İnter" oyunu koronavirusa görə təxirə salındı
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya A Seriyasının XXVI turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Qarşılaşmalar mayın 13-də baş tutacaq.
Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib.
Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" görüşləri də eyni səbəbdən təxirə salınıb.
Oxşar xəbərlər
İtaliyada idman tədbirləri koronavirusa görə ləğv edildi
İtaliyanın Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub. BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə ölkənin baş...