Naxçıvanda 22 min manat mükafat fondu olan Azərbaycan çempionatı keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Şahmat Federasiyasının təsdiqlədiyi plana əsasən kişi şahmatçılardan ibarət ölkə çempionatının tarixi məlum olub.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, kişi şahmatçılar arasında Azərbaycan çempionatı fevralın 5-də Naxçıvanda start götürəcək.
İlin ilk şahmat yarışının Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda muxtar respublikada şahmata olan marağı artırmaqdır.
40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1-4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcək.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ölkə çempionatında rəqabəti yüksəltmək məqsədi ilə mükafat fondunu artırmaq barədə qərar qəbul edib. İlk dəfə olaraq Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manat təşkil edəcək.
Oxşar xəbərlər
DÇ-2022: Pley-off mərhələsinin püşkü atıldı, Türkiyə arzuolunmaz rəqiblə
2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhərində ger...